...

Masallıda 6 otaqlı ev yanıb

Hadisə Materials 16 İyul 2018 23:42 (UTC +04:00)
Masallıda yanğın qeydə alınıb
Masallıda 6 otaqlı ev yanıb

Bakı. Trend:

Masallıda yanğın qeydə alınıb.

Trend-in FHN-ə istinadən verdiyi məlumata əsasən, rayonun Təzəkənd kəndində vətəndaşa məxsus ümumi sahəsi 280 m2 olan ikimərtəbəli 6 otaqlı evin yanar konstruksiyaları 140 m2 sahədə, ümumi sahəsi 100 m2 olan tövlənin yanar konstruksiyaları 70 m2 sahədə, içərisinə yığılmış 10 ton ot bağlamasının 6 tonu və yaxınlıqdakı digər vətəndaşlara məxsus ümumi sahəsi 280 m2 olan 3 tövlənin yanar konstruksiyaları 240 m2 sahədə, tövlələrin içərisində yığılmış 40 ton ot bağlamasının 19 tonu və 2 ton taxılın 500 kq yanıb.

Evin, tövlələrin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti