...

Bakıda ağır yol qəzasında 13 nəfər xəsarət alıb

Hadisə Materials 20 İyul 2018 10:27 (UTC +04:00)
Bakıda ağır yol qəzası baş verib.
Bakıda ağır yol qəzasında 13 nəfər xəsarət alıb

Bakı. Samir Əli - Trend:

Bakıda ağır yol qəzası baş verib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, hadisə iyulun 19-da saat 11 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində baş verib.

Bakı şəhər sakinləri Şahbaz Dadaşovun idarə etdiyi “ZİL” və Vəli Cavadovun idarə etdiyi “QAZel” markalı avtomobillər toqquşub.

Nəticədə V.Cavadovun 13 sərnişini xəstəxanaya yerləşdirilib. Onlardan 12 nəfərinə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb, 1 nəfərin vəziyyəti qənaətbəxşdir.

Qaradağ RPİ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti