...

DSX: 2 tona yaxın xaş-xaş kolu məhv edilib (FOTO)

Hadisə Materials 23 İyul 2018 15:34 (UTC +04:00)
Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsi istiqamətində həyata keçirilmiş tədbirlər nəticəsində sərhədboyu zonada narkotik xassəli kolların yabanı halda bitdiyi sahə aşkar olunub.
DSX: 2 tona yaxın xaş-xaş kolu məhv edilib (FOTO)

Bakı. Trend:

Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsi istiqamətində həyata keçirilmiş tədbirlər nəticəsində sərhədboyu zonada narkotik xassəli kolların yabanı halda bitdiyi sahə aşkar olunub.

DSX-dən Trend-ə verilən məlumata görə, 2018-ci ilin 19 iyun tarixində Dövlət Sərhəd Xidmətinin sərhəd qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin hərbi qulluqçuları tərəfindən Lerik rayonunun Orand və Hildərə kəndlərinin sərhəd xəttinə yaxın ərazilərində aqrotexniki qulluq olunmamış 78 560 ədəd, ümumi çəkisi 1 960 kiloqram xaş-xaş kolunun yabanı halda bitməsi müəyyən edilib.

Qeyd olunan xaş-xaş kolları yerli icra nümayəndəliyi, Lerik rayonunun polis şöbəsinin əməkdaşlarının iştirakı ilə yığılaraq akt tərtib olunub və yandırılma yolu ilə məhv edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti