...

İstintaq təcridxanasına narkotik keçirilməsinin qarşısı alınıb

Hadisə Materials 31 İyul 2018 10:34 (UTC +04:00)
Penitensiar Xidmətin 3 saylı İstintaq təcridxanasına narkotik maddə keçirilməsinə cəhd olunub.
İstintaq təcridxanasına narkotik keçirilməsinin qarşısı alınıb

Bakı. Trend:

Penitensiar Xidmətin 3 saylı İstintaq təcridxanasına narkotik maddə keçirilməsinə cəhd olunub.

Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasına narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.2-ci maddələrinə əsasən 8 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Yusifov Anar Knyaz oğlunun yanına görüşə gəlmiş tanışı Bakı şəhəri sakini Quliyev Şahmar Seyfəl oğlunun gətirdiyi sovqatlara və üzərinə baxış zamanı corabının içərisində gizlətdiyi 0.503 qram narkotik vasitə - marixuana aşkar olunaraq götürülüb.

Faktla əlaqədar araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti