...

Ötən gün borclu şəxs qismində axtarışda olan 22 nəfər saxlanılıb

Hadisə Materials 21 Avqust 2018 09:41 (UTC +04:00)
Avqustun 20-dən 21-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələrin statistikası açıqlanıb.
Ötən gün borclu şəxs qismində axtarışda olan 22 nəfər saxlanılıb

Bakı. Trend:

Avqustun 20-dən 21-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələrin statistikası açıqlanıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 118 cinayət faktı qeydə alınıb, onların da 18-i “isti izlər”lə açılıb.

Əvvəlki dövrlərdən bağlı qalmış 8 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 40 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 22 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb.

Cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti