...

DİN: Göyçaydakı ağır yol qəzasında 4 nəfər ölüb

Hadisə Materials 25 Avqust 2018 12:43 (UTC +04:00)
Daxili İşlər Nazirliyi Göyçayda baş verən ağır yol qəzası ilə bağlı məlumat yayıb.
DİN: Göyçaydakı ağır yol qəzasında 4 nəfər ölüb

Bakı. Elçin Mehdiyev - Trend:

Daxili İşlər Nazirliyi (DİN) Göyçayda baş verən ağır yol qəzası ilə bağlı məlumat yayıb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, avqustun 24-də saat 23 radələrində Göyçay rayonunun Cəyirli kəndi ərazisində Aqşin Abdullayevin idarə etdiyi “Mercedes” və Ənvər Əhmədovun idarə etdiyi “VAZ-2106” markalı avtomobillər toqquşub.

Nəticədə Ə.Əhmədov və sərnişinlərindən Ramil Salmanov, onun arvadı Gülnar, oğlu Azər hadisə yerində ölüb, digər 5 sərnişini, habelə A.Abdullayev və 2 sərnişini xəstəxanaya yerləşdiriliblər.

Göyçay RPŞ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti