...

Kürdəmir polisi əməliyyat keçirdi, narkotik vasitələr aşkarlandı

Hadisə Materials 7 Sentyabr 2018 13:33 (UTC +04:00)
Kürdəmir rayon sakini R.Xankişiyevin kultivasiya yolu ilə yetişdirdiyi çətənə kolları, 2 kiloqramdan artıq marixuana və tiryək aşkar edilərək götürülüb
Kürdəmir polisi əməliyyat keçirdi, narkotik vasitələr aşkarlandı

Bakı. Trend:

Kürdəmir RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında əməliyyat-axtarış tədbirləri keçirib.

DİN-dən Trend-ə verilən məlumata görə, tədbirlər nəticəsində Karrar kənd sakini Raqib Xankişiyevin kəndin ərazisində kultivasiya yolu ilə yetişdirdiyi 36 ədəd çətənə kolu və 64 ədəd çətənə kolunun qurumuş gövdəsi, habelə həyətyanı sahəsindən və evindən 2 kiloqram 400 qram marixuana və şəxsi istehlak miqdarından artıq tiryək aşkar edilərək götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti