...

Mingəçevirdə avtomobil velosipedçini vurub öldürüb

Hadisə Materials 29 Oktyabr 2018 17:55 (UTC +04:00)
Mingəçevir şəhəri ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Mingəçevirdə avtomobil velosipedçini vurub öldürüb

Bakı. Trend:

Mingəçevir şəhəri ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən Trend-ə verilən məlumata görə, oktyabrın 28-də saat 11 radələrində Mingəçevir şəhəri ərazisində şəhər sakini Mübariz Atayev idarə etdiyi “JAC” markalı avtomobillə yolun hərəkət hissəsində velosiped sürən həmyerlisi Saat Mikayılovu vurub. Xəstəxanaya yerləşdirilmiş S.Mikayılov orada ölüb.

Mingəçevir ŞPŞ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti