...

Ucarda avtomobil velosipedçini vurub öldürdü

Hadisə Materials 9 Noyabr 2018 18:01 (UTC +04:00)
Ucar rayonunun Qaradağlı kəndi ərazisində “VAZ-2106” markalı avtomobillə velosipedlə hərəkətdə olan rayon sakini X.Abdullayev vurulub
Ucarda avtomobil velosipedçini vurub öldürdü

Bakı. Trend:

Ucarda avtomobil velosipedçini vurub öldürüb.

DİN-dən Trend-ə verilən məlumata görə, noyabrın 8-də saat 14 radələrində Ucar rayonunun Qaradağlı kəndi ərazisində Bərdə şəhər sakini Rüfət Xankişizadə idarə etdiyi “VAZ-2106” markalı avtomobillə velosipedlə hərəkətdə olan kənd sakini Xaləddin Abdullayevi vurub və nəticədə velosipedçi hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti