...

Cəlilabadda şagirdin döyülməsi ilə bağlı araşdırma başlandı, direktor əvəzi isə...

Hadisə Materials 20 Dekabr 2018 11:45 (UTC +04:00)
Cəlilabad Rayon Təhsil Şöbəsi rayonun Göytəpə şəhər 3 saylı ümumi orta məktəbin direktor əvəzi Mübariz Cəfərovun Muğan kənd tam orta məktəbinin 9-cu sinif şagirdini döyməsi ilə bağlı sosial şəbəkələrdə yayılan videogörüntüyə münasibət bildirib.
Cəlilabadda şagirdin döyülməsi ilə bağlı araşdırma başlandı, direktor əvəzi isə...

Bakı. İlhamə İsabalayeva - Trend:

Cəlilabad Rayon Təhsil Şöbəsi rayonun Göytəpə şəhər 3 saylı ümumi orta məktəbin direktor əvəzi Mübariz Cəfərovun Muğan kənd tam orta məktəbinin 9-cu sinif şagirdini döyməsi ilə bağlı sosial şəbəkələrdə yayılan videogörüntüyə münasibət bildirib.

Təhsil Şöbəsindən Trend-ə verilən məlumata, adıçəkilən məktəbin direktor əvəzi Mübariz Cəfərov araşdırma aparılan müddətdə vəzifəsinin icrasından kənarlaşdırılıb.

Yoxlamanın nəticəsindən asılı olaraq müvafiq qərar qəbul olunacaq və ictimaiyyətə məlumat veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti