...

Bakıda adam öldürməyə cəhd edən dəstəyə hökm oxundu

Hadisə Materials 26 Dekabr 2018 16:39 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməyə cəhddə təqsirləndirilən Nicat Muradov, İlkin Kərimov və Sahil Əzizovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Trend-in məlumatına görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.

Məhkəmənin hökmü ilə N.Muradov və İ.Kərimovun ittiham olunduğu qəsdən adam öldürməyə cəhd maddəsi qəsdən sağlamlığa zərər vurma maddəsinə tövsif edilib. N.Muradov 5 il, İ.Kərimov 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Xuliqanlıqda təqsirləndirilən və barəsində ev dustaqlığı qətimkan tədbiri seçilən S.Əzizova isə şərti cəza verilib.

İttihama görə, bu il martın 28-i saat 23 radələrində Nərimanov rayonu ərazisindən Bakı şəhər sakini Vasif Məhəmmədovun kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi barədə Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinə daxil olmuş məlumatla əlaqədar dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Faktla bağlı Cinayət Məcəlləsinin 29,120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb. Bakı Şəhər Baş Polis İdarəsinin Təhlükəsiz Şəhər Xidməti və 18-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə cinayəti törətməkdə şübhəli bilinən 4 nəfər qısa müddətdə müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onların Bakı şəhər sakini Saatlı rayon sakini Sahil Əzizov, Cəlilabad rayon sakinləri Nicat Muradov və İlkin Kərimov olduqları müəyyən edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti