...

Aeroport yolunda qəza tıxaca səbəb oldu

Hadisə Materials 7 Fevral 2019 09:59 (UTC +04:00)
Bakıda səhər saatlarında aeroport yolunda yol-nəqliyyat hadisəsi baş verib.
Aeroport yolunda qəza tıxaca səbəb oldu

Bakı. Ceyhun Ələkbərov - Trend:

Bakıda səhər saatlarında aeroport yolunda yol-nəqliyyat hadisəsi baş verib.

Trend-in məlumatına görə, iki "Mercedes" və bir "Volkswagen" markalı avtomobillərin iştirakı ilə zəncirvari qəza qeydə alınıb.

Hadisədə xəsarət alanlar olmasa da, hər üç avtomobilə ciddi ziyan dəyib.

Qəza yerinə Yol Patrul xidmətinin və Təcili Tibbi Yardım briqadasının əməkdaşları cəlb olunublar.

Qeyd edək ki, qəza yolda qısamüddətli tıxaca səbəb olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti