...

Qanada iki avtobus toqquşdu: 70-dən artıq ölü var

Hadisə Materials 22 Mart 2019 16:40 (UTC +04:00)
Qananın qərbində iki avtobusun toqquşması nəticəsində 70-dən artıq insan ölüb.
Qanada iki avtobus toqquşdu: 70-dən artıq ölü var

Bakı. Trend:

Qananın qərbində iki avtobusun toqquşması nəticəsində 70-dən artıq sərnişin ölüb.

Trend-in məlumatına görə, yol-nəqliyyat hadisəsi Şimali Kintampo dairəsində qeydə alınıb. Toqquşmadan sonra avtobuslardan biri yanıb. Yanan avtobusun bütün sərnişinləri ölüb. Digər avtobus isə dərəyə yuvarlanıb.

Xəsarət alanlar xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Avtobuslardan birinin sürücüsünün sükan arxasında yatması hadisəyə ilkin səbəb kimi göstərilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti