...

Yevlaxda 3 otaqlı mənzil yanıb

Hadisə Materials 31 Mart 2019 10:22 (UTC +04:00)
Yevlaxda yanğın qeydə alınıb
Yevlaxda 3 otaqlı mənzil yanıb

Bakı. Trend:

Yevlaxda yanğın qeydə alınıb.

Trend-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Yevlax şəhərində beşmərtəbəli yaşayış binasının birinci mərtəbəsində ümumi sahəsi 60 m² olan 3 otaqlı mənzilin 1 otağında çarpayı və yataq dəsti 3 m² sahədə yanıb. Yüksək temperaturdan otağın tavanı 3 m² sahədə qarsalanıb.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti