Bakı. Trend:
Zaqatala rayonunda fərdi yaşayış evinin həyətyanı sahəsində 4 nəfər köməksiz vəziyyətdə qalıb.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, fərdi yaşayış evinin həyətyanı sahəsi intensiv yağan yağışlar səbəbindən su ilə dolub, nəticədə ikisi azyaşlı olmaqla 4 nəfər evdə köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşları təhlükəsiz əraziyə təxliyə ediblər.