...

Gecə aeroport yolunda "KİA" yandı (VİDEO)

Hadisə Materials 17 İyun 2019 10:37 (UTC +04:00)
Bakıda hərəkətdə olan minik avtomobili qəfildən yanıb.
Gecə aeroport yolunda "KİA" yandı (VİDEO)

Bakı. Ceyhun Ələkbərov - Trend:

Bakıda hərəkətdə olan minik avtomobili qəfildən yanıb.

Trend-in məlumatına görə, hadisə ötən gecə aeroport yolunda qeydə alınıb. Hərəkətdə olan "KİA" markalı avtomobilin mühərrik hissəsi qəfildən alışmağa başlayıb.

Avtomobili yolun kənarında saxlayan sürücünün köməyinə ətrafdakılar çatıb. Yanğını söndürmək üçün hadisə yerinə yaxınlaşan avtomobillərdəki yanğınsöndürən balonlardan istifadə edilib.

Hadisə nəticəsində xəsarət alan olmayıb, avotomobilə ziyan dəyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti