...

SON DƏQİQƏ! Biləcəridə yük qatarının vaqonu yanır

Hadisə Materials 18 İyul 2019 19:10 (UTC +04:00)
Biləcəri qəsəbəsində yük qatarlarının birində yanğın baş verib.
SON DƏQİQƏ! Biləcəridə yük qatarının vaqonu yanır

Bakı. Trend:

Biləcəri qəsəbəsində yük qatarlarının birində yanğın baş verib.

Bu barədə Trend-ə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilir ki, nazirliyin "112" qaynar telefon xəttinə, Bakı şəhəri, Binəqədi rayonu Biləcəri qəsəbəsində Şərq vaqon deposunda yük qatarının vaqonunda yanğın olması barədə məlumat daxil olub.

Qeyd edilir ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti