...

Aeroport yolunda ağır qəza - "BMW" yük avtomobilinə çırpıldı (VİDEO)

Hadisə Materials 4 Dekabr 2019 10:17 (UTC +04:00)
Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Aeroport yolunda ağır qəza - "BMW" yük avtomobilinə çırpıldı (VİDEO)

Bakı. Ceyhun Ələkbərov - Trend:

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Trend-in məlumatına görə, qəza Aeroport yolunun Suraxanı rayonu ərazisində qeydə alınıb. 90-DA-130 dövlət nömrəli "BMW" markalı minik avtomobili yol kənarında dayanmış yük maşınına çırpılıb.

Nəticədə sürücünün xəsarət aldığı deyilir. Yük maşınına elə də ciddi zərər dəyməsə də, minik avtomobili yararsız vəziyyətə düşüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti