Bakı sakinini küçədə tanımadığı şəxs ürəyindən bıçaqladı

Bakı. Samir Əli - Trend:
Bakı sakini küçədə tanımadığı şəxs tərəfindən bıçaqlandı. Trend-in məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsində baş verib. Biləcəri qəsəbə sakini Abasquliyev Rafiq Məhərrəm oğlu küçədə münaqişə zəminində naməlum şəxs tərəfindən sol döş qəfəsindən bıçaqlanıb. Yaralı təcili xəstəxanaya çatdırılaraq əməliyyat olunub.
Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsilə cinayət işi başlanıb.
Xəbər lenti
Prezident İlham Əliyev: Qaçaqmalçılıqla Rusiyadan Ermənistana külli miqdarda silahlar göndərilmişdir
Prezident İlham Əliyev: Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də
Prezident İlham Əliyev: May ayının sonuna qədər Ağdamın baş planının ilkin versiyası təqdim olunacaq