Bakı. Samir Əli - Trend:
Göygöl rayonunda bədbəxt hadisə baş verib.
Trend-in məlumatına görə, hadisə rayonun Xəqani kəndində qeydə alınıb.
Kənd sakini, 1996-cı il təvəllüdlü Müseyibzadə Yasin Elxan oğlu döş qəfəsinin və qarın boşluğunun kəsilmiş-deşilmiş yarası və daxili qanaxma diaqnozu ilə Gəncə şəhə Təcili Tibbi Yardım xəstəxanasına daxil olub. Onun üzərində dərhal cərrahi əməliyyat aparılıb. Yaralı Y.Müseyibzadə və atası E.Müseyyibzadə ilkin izahatında bildirib ki, hadisə oğlanın həyətdə yıxılması nəticəsində baş verib.
Göygöl rayon Polis Şöbəsinin əməkdaşları hadisə yerinə baxış keçirib, müvafiq ekspertiza aparılıb. Faktla bağlı araşdırmalar davam etdirilir.