...

Gecə evdən meyiti tapılan Bakı sakininin ölüm səbəbi bilindi

Hadisə Materials 6 Mart 2020 12:24 (UTC +04:00)
Bakıda daha bir nəfər dəm qazından ölüb.
Gecə evdən meyiti tapılan Bakı sakininin ölüm səbəbi bilindi

Bakı. Samir Əli - Trend:

Bakıda daha bir nəfər dəm qazından ölüb.

Trend-in məlumatına görə, hadisə paytaxtın Qaradağ rayonu, Sahil qəsəbəsi, Z. Qasımov küçəsi ev 22, mənzil 46-da baş verib.

Həmin ünvanda yaşayan Novruzov Neymətulla Novruz oğlunun meyiti yaşadığı evdən tapılıb. Meyitin daxili və xarici müayinəsindən sonra mərhumun dəm qazından zəhərləndiyi məlum olub.

Faktla bağlı Qaradağ rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (Səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma) maddəsilə cinayət işi başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti