...

Siyəzəndə ağır yol qəzası: 3 nəfər öldü

Hadisə Materials 6 Mart 2020 17:18 (UTC +04:00)
Siyəzən rayonunun Yenikənd kəndi ərazisində yol-nəqliyyat hadisəsi olub.
Siyəzəndə ağır yol qəzası: 3 nəfər öldü

Bakı. Samir Əli - Trend:

Siyəzən rayonunun Yenikənd kəndi ərazisində yol-nəqliyyat hadisəsi olub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, martın 6-da saat 1 radələrində Siyəzən rayonunun Yenikənd kəndi ərazisində Elxan Əhmədov idarə etdiyi “Renault” markalı avtomobili qarşıda gedən H.Qurbanovun idarə etdiyi “KamAZ” markalı avtomobilə vurub. Nəticədə sürücü və sərnişinləri Tural Əsgərov və Şamo Əliyev hadisə yerində ölüblər.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti