...

Qaxda gənc qız burun əməliyyatında öldü

Hadisə Materials 13 Mart 2020 09:14 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Qax rayonunda xəstəxanada ölüm hadisəsi baş verib.

Trend-in məlumatına görə, hadisə Qax Rayon Mərkəzi Xəstəxanasında qeydə alınıb.

Balakən rayon sakini, 1997-ci il təvəllüdlü Rəyisə Layıcova burun çəpərinin deformasiyası ilə əlaqədar Qax Mərkəzi Rayon Xəstəxanasına müraciət edib.

Xəstəxananın lor-həkimi Əkrəm İmaməliyev tərəfindən əməliyyat edilərkən qızın vəziyyəti cərrahiyyə masasında qəflətən pisləşib.

Tibbi müdaxilələrə baxmayaraq, xəstə dünyasını dəyişib.

Faktla bağlı Qax Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, zərərçəkmişin ölümü ilə nəticələndə) maddəsi ilə cinayət işi başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti