...

Astara sakinindən narkotik vasitələr götürülüb

Hadisə Materials 4 Aprel 2020 17:28 (UTC +04:00)

Bakı. Trend:

Astara rayonunun Şahağacı kənd sakini E.Nəsirovdan narkotik vasitələr götürülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Astara RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Şahağacı kənd sakini E.Nəsirov 20 qram narkotik vasitə olan tiryəki satarkən saxlanılıb.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onun yaşadığı evdən əlavə olaraq 1 kiloqram 225 qram tiryək, 930 qramdan artıq metamfetamin və 2 ədəd elektron tərəzi aşkar edilərək götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti