...

Bakıda qadına qarşı quldurluq edən şəxs saxlanıldı

Hadisə Materials 15 May 2020 11:36 (UTC +04:00)
Bakıda qadına qarşı quldurluq edən şəxs saxlanıldı

Bakı. Trend:

Quldurluğu törətməkdə şübhəli bilinən Şamaxı rayon sakini N.Manafov saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini A.Hüseynova mayın 14-də Sabunçu qəsəbəsi ərazisində bir nəfərin onun ağzını əli ilə tutaraq pul tələb etdiyini və barmağına xəsarət yetirərək boynundakı 1800 manat dəyərində olan brilyant qaşlı klonu apardığını bildirib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Şamaxı rayon sakini N.Manafov polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.

Sabunçu RPİ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti