...

Bakıda vətəndaşı aldadıb quldurluq edən şəxs tutulub

Hadisə Materials 1 İyun 2020 10:28 (UTC +04:00)
Bakıda vətəndaşı aldadıb quldurluq edən şəxs tutulub

Bakı. Samir Əli - Trend:

Bakı sakininin evində quldurluq edib.

Trend-in məlumatına görə, hadisə paytaxtın Xətai rayonunda baş verib. Rayonun İ.Həbibov küçəsi, ev 50 d ünvanında yaşayan 1984-cü il təvəllüdlü Abdullayev Ruslan Kamal oğlu evinin qarşısında dayanan Bakı şəhər sakini Məmmədov Rasim Rəfail oğlunu aldadaraq evinə dəvət edib.

R.Abdullayev evində R.Məmmədovun boğazına bıçağı söykəyərək onu ölümlə hədələyib cibindəki 30 manatını alıb.

Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində R.Allahverdiyev saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti