...

Salyanda "Moskviç" su kanalına aşıb: 2 ölü

Hadisə Materials 10 İyun 2020 14:39 (UTC +04:00)
Salyanda "Moskviç" su kanalına aşıb: 2 ölü

Bakı. Trend:

Salyan rayonunun Sarvan kəndində "Moskviç" markalı minik avtomobili su kanalına aşıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin və Muğan Regional Mərkəzinin axtarış-xilasetmə qrupları hadisə yerinə cəlb olunub.

Regional mərkəzin qüvvə və vasitələrinin köməkliyi ilə avtomobil kanaldan çıxarılıb, içərisində aşkarlanan şəxsiyyəti məlum olmayan kişi və qadın meyiti aidiyyəti üzrə təhvil verilib. Eyni zamanda, xidmətin dalğıc-axtarış qrupu tərəfindən su kanalında axtarış işləri aparılıb. Əməliyyat başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti