...

Sumqayıtda evdən meyit tapıldı

Hadisə Materials 22 İyul 2020 17:02 (UTC +04:00)
Sumqayıtda evdən meyit tapıldı

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, hadisə yerinə cəlb olunan Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri mənzilin qapısını açıb və orada aşkarlanan 1935-ci il təvəllüdlü Səfiyev Qadir Cəmil oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti