...

Sərt karantin olan rayonlardan Oğuza istirahətə gələn şəxslər cərimələndi (FOTO)

Hadisə Materials 27 İyul 2020 18:12 (UTC +04:00)
Sərt karantin olan rayonlardan Oğuza istirahətə gələn şəxslər cərimələndi (FOTO)

Bakı. Trend:

Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən reyd zamanı sərtləşdirilmiş karantin rejimi elan edilən şəhər və rayonlardan qaydaları pozaraq, qeyri-qanuni yollarla istirahətə gələn şəxslər barəsində müvafiq tədbirlər görülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, polis əməkdaşları tərəfindən avtonəqliyyat vasitələri saxlanılıb, yoxlanış zamanı bəzi sürücü və sərnişinlərin xüsusi karantin qaydalarını pozaraq, istirahət məqsədilə rayona gəldiyi aşkar edilib.

Qaydaları pozduqları üçün 4 nəfər barəsində protokol tərtib edilib və onların hər biri 200 manat məbləğində cərimələnib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti