...

Masallıda qaydaları pozan 21 velosipedçi cərimələndi

Hadisə Materials 10 Avqust 2020 11:41 (UTC +04:00)
Masallıda qaydaları pozan 21 velosipedçi cərimələndi

Bakı. Trend:

Masallı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları velosipedçilərin hərəkətinin tənzimlənməsi məqsədilə reyd keçirib.

DİN-in mətbuat xidmətinin Lənkəran regional qrupundan Trend-ə verilən məlumata görə, keçirilən reyd zamanı avtomobil yollarında hərəkət edərək, qəza şəraiti yaradan velosipedçilər saxlanılıb. Onlarla profilaktik söhbətlər aparılıb və bu formada hərəkət etmələrinin həm özləri, həm də digər hərəkət iştirakçılarının həyatı üçün təhlükəli olduğu bildirilib.

Qaydalara əməl etməyən 21 velosipedçi barəsində qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb, cərimə protokolları tərtib olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti