...

Füzulidə sərhədi pozmağa cəhd göstərən şəxs saxlanılıb (FOTO)

Hadisə Materials 24 Aprel 2021 11:03 (UTC +04:00)
Füzulidə sərhədi pozmağa cəhd göstərən şəxs saxlanılıb (FOTO)

Bakı. Samir Əli - Trend:

Füzulidə sərhədi pozmağa cəhd göstərən şəxs saxlanılıb.

Dövlət Sərhəd Xidmətindən Trend-ə verilən məlumata görə, Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində Fizuli rayonunun Aşağı Yağlıvənd kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində dövlət sərhədini pozaraq qanunsuz yolla Azərbaycan Respublikasından İran İslam Respublikasına keçməyə cəhd edərkən 1 nəfər Azərbaycan vətəndaşı 1981-ci il təvəllüdlü Abdurəhmanov Azər Fərrux oğlu sərhəd pozucusu qismində saxlanılmışdır.

Araşdırma zamanı A.Abdurəhmanovun əvvəllər dəfələrlə məhkum edildiyi, qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına narkotik vasitələr gətirmək məqsədilə ilə dövlət sərhədini keçmək niyyətində olduğu müəyyənləşdirilmişdir.
Həmin gün Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində Astara rayonunun Sım kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə hərəkət edən 2 naməlum şəxsin dövlət sərhədini pozması sərhəd naryadı tərəfindən müşahidə edilmişdir. Sərhəd naryadının “Dayan” əmrinə tabe olmayan sərhəd pozucuları əllərindəki bağlamanı ataraq, havanın qaranlıq, ərazinin isə meşəlik olmasından istifadə edərək geriyə qaçmışlar.

Ərazi dərhal qapadılaraq, keçirilmiş axtarış tədbirləri nəticəsində 1 ədəd çantanın içərisində ümumi çəkisi 8 kiloqram 555 qram narkotik vasitəyə (7550 qram “tiryək”, 1005 qram “heroin” və 5000 ədəd “metodon-40” həbi) oxşar maddə aşkar olunaraq götürülmüşdür.

Hər iki fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti