...

Badamdar qəsəbəsində baş verən yanğın söndürülüb

Hadisə Materials 25 İyul 2021 02:05 (UTC +04:00)
Badamdar qəsəbəsində baş verən yanğın söndürülüb

Bakı. Trend:

Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində dağlıq ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən qısa müddət ərzində məhdudlaşdırılaraq söndürülüb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, əməliyyat şəraitinin operativ və düzgün qiymətləndirilməsi, yanğına çevik müdaxilə, cəlb edilən qüvvələrin əlaqəli və effektiv idarə edilməsi sayəsində yanğının geniş əraziyə və yaşayış evlərinə tərəf yayılmasının qarşısı alınıb.

İlkin məlumata əsasən, yanğın nəticəsində quru ot və kol-kos yanıb.

Qeyd edək ki, ərazinin relyefinin mürəkkəbliyi səbəbindən yanğınsöndürmə işlərinə yanğın texnikalarının cəlb olunması mümkün olmayıb. Yanğınsöndürmə işlərində əl əməyindən istifadə olunub.

Əlavə məlumat veriləcək.

XXX

00:40

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində dağlıq ərazidə yanğın olması barədə məlumat daxil olub.

Nazirlikdən Trend-ə verilən xəbərə görə, məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb olunub. Hal-hazırda yanğının söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər görülür.

İlkin məlumata əsasən, dağlıq ərazidə quru ot və kol-kos yanır.

Əlavə məlumat veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti