...

Kamçatkada 4,6 bal gücündə zəlzələ olub

Hadisə Materials 6 Avqust 2021 03:28 (UTC +04:00)
Kamçatkada 4,6 bal gücündə zəlzələ olub

Bakı. Trend:

Kamçatkada 4,6 bal gücündə zəlzələ baş verib.

Trend-in məlumatına görə, bu barədə Rusiya Elmlər Akademiyası Vahid Geofizika Xidmətinin yerli şöbəsinin saytında bildirilib.

"Zəlzələnin episentri Petropavlovsk-Kamçatsk şəhərindən 124 kilometr məsafədə, ocağı 24 kilometr dərinlikdə yerləşib", - məlumatda deyilir.

İtki və dağıntı olmayıb. Yaşayış məntəqələrinin sakinləri yeraltı təkanları hiss etməyiblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti