...

Hacıqabulda ağır yol qəzası baş verib

Hadisə Materials 31 Avqust 2021 00:28 (UTC +04:00)
Hacıqabulda ağır yol qəzası baş verib

Bakı.Trend:

Hacıqabul rayonunda ağır yol qəzası baş verib.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən Trend-ə verilən məlumatına görə, Hacıqabul rayonunda “Mercedes” markalı iki minik avtomobili toqquşub.

Hadisə yerinə cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri avtomobillərdən birində müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan 2 nəfəri və 1 nəfərin meyitini (şəxsiyyəti dəqiqləşdirilir) deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti