...

Yevlaxın sabiq icra başçısı azadlığa buraxıldı, xəstəxanaya yerləşdirildi

Hadisə Materials 15 Sentyabr 2021 10:08 (UTC +04:00)
Yevlaxın sabiq icra başçısı azadlığa buraxıldı, xəstəxanaya yerləşdirildi

Bakı. Samir Əli - Trend:

Yevlax Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Qoca Səmədov səhhəti ilə əlaqədar həbsdən azad edilib.

Bu barədə Trend-ə təqsirləndirilən şəxsin vəkili Elnur Vəliyev məlumat verib.

O bildirib ki, sabiq icra başçısının vəziyyəti həbsdə kəskin pisləşib və o, Şəki Şəhər Mərkəzi Xəstəxanasına köçürülüb: "Orada bildirdilər ki, Qoca Səmədov təcili ürək əməliyyatı keçirməlidir. Ona görə də təqsirləndirilən şəxs Bakıda Mərkəzi Klinik Xəstəxanaya yerləşdirildi. İki gündür vəziyyəti ağırdır, anjioqrafiya olundu və diaqnoz qoyuldu ki, o ürəyindən əməliyyatı edilməlidir. Hazırda klinikada cərrahi əməliyyata hazırlıq görülür".

Vəkil deyib ki, Q.Səmədovun vəziyyəti pisləşdiyindən məhkəmə onun barəsində başqa yerə getməmək qərarı çıxarıb və həbsdən azad edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti