Bakı. Elçin Mehdiyev – Trend:
Cari ilin 10 ayı ərzində narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 5021 nəfər cəlb edilib.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından Trend-ə verilən məlumata görə, cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərdən 51 nəfəri xarici ölkə vətəndaşıdır. Onların 21-i İran İslam Respublikası, 11-i Gürcüstan, 10-u Rusiya, 4-ü Türkiyə, 3-ü Ukrayna, 1-i Hindistan və 1-i isə Pakistan vətəndaşı olmuşdur.
Xarici ölkə vətəndaşlarından ümumilikdə 1 ton 343 kq-nvə 5004 ədəd müxtəlif növ narkotik vasitə, psixotrop maddə və 1580 ədəd güclü təsir edən maddə götürülüb.
Hüquq mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 7484 cinayət faktı aşkarlanıb.