...

Narkotik təsiri altında avtomobil idarə edən keçmiş məhkum saxlanılıb

Hadisə Materials 18 Dekabr 2021 12:11 (UTC +04:00)
Narkotik təsiri altında avtomobil idarə edən keçmiş məhkum saxlanılıb

Bakı. Samir Əli - Trend:

Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə dekabrın 16-da Siyəzən rayon sakini, əvvəllər məhkum olunmuş İlham Quliyevin idarə etdiyi “Khazar” markalı avtomobil Abşeron rayonu ərazisində saxlanılıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, polis əməkdaşları tərəfindən sürücünün narkotik vasitə qəbul etməsi müəyyən edildiyindən barəsində İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə protokol tərtib olunaraq Abşeron Rayon Polis İdarəsinə təhvil verilib.

Şəxsi axtarış zamanı onun üzərindən marixuana aşkar edilərək götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti