...

Saatlıda itkin düşən azyaşlı tapılıb

Hadisə Materials 7 Yanvar 2022 09:44 (UTC +04:00)
Saatlıda itkin düşən azyaşlı tapılıb

Bakı. Fərid Zöhrabov - Trend:

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Trend-ə verilən məlumata görə, yanvarın 6-da R.Məmmədov Saatlı Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək azyaşlı qızının itməsi barədə məlumat verib. Məlumatla əlaqədar dərhal polis əməkdaşları tərəfindən rayon ərazisində axtarışlar başlayıb.

Keçirilmiş təxirəsalınmaz axtarış tədbirləri nəticəsində azyaşlı uşaq qısa vaxt ərzində rayon ərazisində tapılaraq ailəsinə təhvil verilib.

Övladının itməsi ilə əlaqədar böyük həyəcan hissləri keçirən ata R.Məmmədov tez bir müddət ərzində qızının tam sağlam halda, heç bir zərər görmədən tapıldığına görə Azərbaycan Polisi ilə fəxr etdiyini bildirib, DİN və Saatlı RPŞ-nin rəhbərliyinə və şəxsi heyətinə təşəkkür edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti