...

Bakıda evdə yanğın olub

Hadisə Materials 12 Yanvar 2022 01:25 (UTC +04:00)
Bakıda evdə yanğın olub

Bakı. Trend:

Bakı şəhərinin Səbail rayonunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonda ümumi sahəsi 40 m² olan birmərtəbəli evin 1 otağında yataq dəsti və taxta tullantıları 10 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti