...

Hacıqabul və Saatlıda vətəndaşlardan müvafiq sənədləri olmayan ov silahları götürülüb (FOTO)

Hadisə 15 Yanvar 2022 08:48 (UTC +04:00)
Hacıqabul və Saatlıda vətəndaşlardan müvafiq sənədləri olmayan ov silahları götürülüb (FOTO)

Bakı. Trend:

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanması istiqamətində əməliyyat-axtarış tədbirləri keçirilib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, keçirilən tədbirlərlə rayon sakini M.Cavadovdan bir ədəd müvafiq sənədləri olmayan “Tula” markalı ov tüfəngi aşkar edilərək götürülüb.

Saatlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində isə müvəqqəti olaraq rayon ərazisində Şamaxı rayon sakini S.Ağarəhimovdan bir ədəd müvafiq sənədləri olmayan “İj-18” markalı tüfəng götürülüb.

Faktlarla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti