...

Saatlıda gecə saatlarında fəaliyyət göstərən kafe aşkarlanıb

Hadisə 18 Yanvar 2022 08:12 (UTC +04:00)
Saatlıda gecə saatlarında fəaliyyət göstərən kafe aşkarlanıb

Bakı. Trend:

Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Trend-ə verilən məlumata görə, Saatlı RPŞ-nin əməkdaşları rayonun Qıraqlı kəndi ərazisində sanitar-epidemioloji normaları pozaraq gecə saatlarında fəaliyyət göstərən kafe aşkarlayıblar.

Polis əməkdaşları tərəfindən pozuntu halının qarşısı alınıb, obyektin inzibatçısı K.Allahverdiyev və orada çalışan üç işçi barəsində qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti