...

14 koronavirus xəstəsi ictimai yerlərdə saxlanılıb

Hadisə Materials 5 Fevral 2022 10:32 (UTC +04:00)
14 koronavirus xəstəsi ictimai yerlərdə saxlanılıb

Bakı. Samir Əli - Trend:

Fevralın 4-də polis əməkdaşları tərəfindən respublika ərazisində 14 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, polis əməkdaşları "COVİD-19" virusuna yoluxaraq ev şəraitində müalicədə olmasına baxmayaraq, yaşadığı evləri tərk etmiş həmin şəxslərlə izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadığı evlərə qaytarıb və bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti