...

Vilyam Hacıyevin məhkəməsinə şahidlər məcburi gətiriləcək

Hadisə Materials 14 Mart 2022 11:26 (UTC +04:00)
Vilyam Hacıyevin məhkəməsinə şahidlər məcburi gətiriləcək

Bakı. Samir Əli - Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində İmişli rayonunun sabiq icra başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Trend-in məlumatına görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə vəkil vəsatət qaldırıb. Bildirib ki, şahidlər Vilyam Hacıyevlə bağlı ifadə verməkdən yayındığı üçün prosesə gəlmir. Ona görədə, şahidlərin məcburi gətirilməsi barədə qərardad qəbul edilsin.

Hakim bildirib ki, növbəti dəfə şahidlər prosesə gəlməsə, onların məcburi gətirilməsi ilə bağlı qərar veriləcək.

Proses martın 18-də davam edəcək.

Xatırladaq ki, Vilyam Hacıyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla saxlanılıb.

İstintaq orqanı tərəfindən toplanmış materiallarla sabiq icra başçısı barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya isriaf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) 313-cü (vəzifə saxtakarlığı) və 228-ci (qanunsuz silah saxlama) maddələri ilə yekun ittiham elan olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti