...

Qanada baş verən yol qəzasında 14 nəfər həlak olub

Hadisə Materials 23 Mart 2022 07:06 (UTC +04:00)
Qanada baş verən yol qəzasında 14 nəfər həlak olub

Bakı. Trend:

Qananın cənubunda avtomagistralda baş verən yol qəzasında azı 14 nəfər həlak olub.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə yerli dövlət qurumları məlumat yayıb.

Bildirilir ki, magistralda miniven və yük avtomobili toqquşublar. Zərbənin gücündən yanğın başlayıb. Hadisə yerinə dərhal Yanğınsöndürmə Xidmətinin əməkdaşları cəlb olunub. Alovun bürüdüyü minivendən 14 nəfərin cəsədi çıxarılıb.

Qəzanın səbəbləri haqqında məlumat verilmir, araşdırmalar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti