...

Konqoda baş vermiş partlayışda azı 6 nəfər həlak olub, xeyli sayda yaralı var

Hadisə Materials 8 Aprel 2022 08:53 (UTC +04:00)
Konqoda baş vermiş partlayışda azı 6 nəfər həlak olub, xeyli sayda yaralı var

Bakı. Trend:

Konqo Demokratik Respublikasının şimal-şərqindəki Şimali Kivu əyalətinin Qoma şəhərində baş verən partlayış nəticəsində azı 6 nəfər həlak olub.

Trend xəbər verir ki, bu barədə ölkənin kommunikasiya naziri Patrik Muyaya öz "Twitter" səhifəsində bildirib.

Məlumata görə, daha 15 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

"Daha əvvəl xəbər verildiyi kimi səkkiz nəfər deyil, altı nəfər vəfat edib. Digər iki nəfər ağır vəziyyətdə xəstəxanaya çatdırılıb", - nazir bildirib.

O bildiribki, hazırda partlayışın xarakterini və mənşəyini dəqiqləşdirmək çətindir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti