Bakı. Trend:
Gəncə şəhərində ümumi sahəsi 20 m² olan tikilinin içərisində quraşdırılan transformatorun 3 ədəd qoruyucu açarı yanıb.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, transformator yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.