...

Bakıda 6 otaqlı ev yanıb

Hadisə Materials 17 İyul 2022 09:24 (UTC +04:00)

Bakı. Trend:

Bakı şəhərinin Nərimanov rayonunda ümumi sahəsi 100 m² olan birmərtəbəli 6 otaqlı evin 1 otağının yanar konstruksiyaları 16 m² sahədə və mətbəxinin taxtadan ibarət tavanı 5 m² sahədə yanıb. Yüksək temperaturdan digər otağın lambirdən ibarət tavanı 20 m² sahədə əriyib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti