Bakı. Trend:
İtaliya gəmiləri Aralıq dənizində Liviya sahillərində axınla üzən balıqçı qayığından 5 cəsəd tapıb və 674 nəfəri xilas edib.
Trend-in məlumatına görə, bu barədə "Associated Press" qəzeti İtaliya Sahil Mühafizəsin istinadən bildirib.
Bundan əlavə, Avropa xeyriyyə təşkilatları 500-dən çox insanın xilas edildiyini bildirib.
İtaliyanın cənub-qərb sahillərindən 190 kilometr aralıda həyata keçirilən əməliyyat zamanı xilas edilənlərin hamısı Kalabriya və Siciliya limanlarına çatdırılıb. Xilasedicilər tərəfindən cəsədləri aşkarlanan 5 nəfərin ölüm səbəbi hələlik məlum deyil.