...

Hacıqabul rayonunda ev yanıb

Hadisə Materials 14 Oktyabr 2022 08:58 (UTC +04:00)
Hacıqabul rayonunda ev yanıb

Bakı. Trend:

Hacıqabul rayonunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonun Rəncbər kəndində ümumi sahəsi 150 m² olan birmərtəbəli 2 otaq və aynabənddən ibarət evin dam örtüyünün yanar konstruksiyaları 50 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti