...

Prokuror Bakıda quldurluq edən dəstəyə 18 il cəza istədi

Hadisə Materials 17 Oktyabr 2022 17:21 (UTC +04:00)
Prokuror Bakıda quldurluq edən dəstəyə 18 il cəza istədi
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən mütəşəkkil dəstənin işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Trend-in məlumatına görə, bu gün hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə prokuror təqsirləndirilən şəxslərə cəza istəyib.

Dövlət ittihamçısı təqsirləndirilən Nicat Mikayılov və Səxavət Yunusovun hər birinin 9 il azadlıqdan məhrum edilməsini istəyib.

Proses oktyabrın 24-də davam etdiriləcək.

İttihama görə, Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinə aprelin 18-də saat 1 radələrində 3 nəfərin Bakı şəhər sakini H.Rəsulovu bıçaqla hədələyib 400 manat pulunu almaları, kart hesabında olan 50 manat pulu isə öz hesablarına köçürmələri barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən paytaxt sakinləri - Səxavət Yunusov və Nicat Mikayılov müəyyən edilərək saxlanılıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti